dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın şimal rayonlarına 7 santimetrədək qar yağıb

Azərbaycanın şimal rayonlarına 7 santimetrədək qar yağıb


Martın 12-si gecə saatlarından başlayaraq Azərbaycanın şimal rayonlarına qar yağmağa başlayıb.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, dağlıq ərazilərdə temperatur mənfi 6 dərəcəyədək aşağı düşüb.

Quba və Qusar rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 2-7 santimetrə çatır. Ən çox yağıntı Qubanın Qırız kəndində qeydə alınıb.

Qusarın rayon mərkəzində qarın hündürlüyü 2 santimetr təşkil edir.

Hazırda qar Quba, Qusar və Xaçmaz rayonları ərazisinə yağmaqda davam edir.

Oxunub: 644
Oxşar xəbərlər
SON XƏBƏRLƏR