dini radikalizm və ekstremizmlə mübarizə

DİQQƏT! Bu binalar qırmızı kitaba salınıb

Paytaxtda bir sıra binalar tarixi, mədəni əhəmiyyətinə görə qırmızı kitaba salınıb. Bu binaları digər binalardan fərqləndirən bir sıra xüsusiyyətlər var. Belə ki, istər adi vətəndaşlara, istərsə də şirkətlərə bu binalarda və onların yaxınlığında bir sıra fəaliyyətlər qanunla qadağan edilir.

DİQQƏT! Bu binalar qırmızı kitaba salınıb


Tarix muzeyinin binası, qız qalasının yanındakı binalar və içərişəhərdəki binaların çoxu. Bakıda 50-dən çox belə tarixi bina qırmızı kitaba salınıb...

Əmlak eksperti Nofəl Qulıyev bildirir ki, bu binaların böyük önəm daşımasının əsas səbəbi onların tanınmış avropalı memarlar tərəfindən inşa olunması və bu tikintilərin Azərbaycanda ilk neft çıxarılması dövrünə təsadüf etməsidir. Həmin binalar 1850-ci ildən sonra tikilib və yaşı da 150-dən çox olduğuna görə qanunla tarixi abidə kimi qorunur. Bu binaları digərlərindən fərqləndirən başqa özəlliklər də var.

Ekspertin sözlərinə görə bir çox turistlər Azərbaycana səfər etməzdən öncə müxtəlif kataloqlardan tarixi binaları xüsusilə seçirlər. Buna görə istənilən ölkədə olduğu kimi, Azərbaycanda da turistlərin ən böyük maraq dairəsində olan tarixi binalar xüsusi diqqət mərkəzində saxlanılır, mühafizə edilir.

Oxunub: 713
Oxşar xəbərlər
SON XƏBƏRLƏR