dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda kütləvi dava: ölən və yaralananlar var

 Bakıda kütləvi dava: ölən və yaralananlar var


Bakıda kütləvi dava zamanı yaşlı kişi qətlə yetirilib.

Djb.Az-ın report-a istinadən xəbərinə görə, hadisə Nizami rayonunda baş verib.Qara Qarayev prospekti 62 ünvanındakı 34-cü mənzil qarşısında 1966-cı il təvəllüdlü Məmmədov Yaşar Məmməd oğlu və onun oğulu ilə 6 nəfər arasında əlbəyaxa dava olub. Dava zamanı Y.Məmmədovun bədəninin müxtəlif nahiyələrinə 3 bıçaq zərbəsi vurulub.
Nəticədə o, çoxlu qan itirib. Yaralı xəstəxanaya aparılarkən qan itirmədən dünyasını dəyişib. Dava zamanı habelə daha 2 nəfər xəsarət alıb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hadisəni törədənlər və iştirakçılar axtarışdadır.

Oxunub: 998
Oxşar xəbərlər
SON XƏBƏRLƏR