dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda 15 marşrutun dayanacaq məntəqələri müvəqqəti dəyişdirilib

Bakıda 15 marşrutun dayanacaq məntəqələri müvəqqəti dəyişdirilib



Bakı Beynəlxalq Avtovağzal Kompleksində aparılan təmir-tikinti işləri ilə əlaqədar müvəqqəti olaraq 2, 13, 14, 20, 29, 37, 67, 83, 91, 96, 117, 130, 134, 142, 158 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sərnişindaşımada fasiləsizliyin pozulmaması məqsədilə edilən dəyişiklik 05.03.2018 tarixindən tətbiq ediləcək.

Dəyişikliyə əsasən qeyd edilən müntəzəm marşrut xətləri üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri “Avtovağzal” metrostansiyasının qarşısına keçiriləcək.

Oxunub: 855
Oxşar xəbərlər
SON XƏBƏRLƏR