dini radikalizm və ekstremizmlə mübarizə

“Azərbaycanda qadinlarin iqtisadi səlahiyyətləndirilməsi və bərabərlik hüququnun təmin edilməsində mövcud durum, problemlər və həlli yollari” mövzusunda konfrans keçirilib

“Azərbaycanda qadinlarin iqtisadi səlahiyyətləndirilməsi və bərabərlik hüququnun təmin edilməsində mövcud durum, problemlər və həlli yollari” mövzusunda konfrans keçirilib
Fevralin 12-də Bakida işgüzar qadinlar üçün “azərbaycanda qadinlarin iqtisadi səlahiyyətləndirilməsi və bərabərlik hüququnun təmin edilməsində mövcud durum, problemlər və həlli yollari” mövzusunda konfrans keçirilib. KonfransAvropa Birliyinin dəstəyi və BMT-nin İnkişaf proqramının Demokratiya Monitoru İctimai Birliyinin ekspert qrupu vasitəsilə icra etdiyi proqram çərçivəsində təşkil edilib. Tədbirə dövlət qurumlarını, parlamenti, vətəndaş cəmiyyətini və özəl sektoru təmsil edən 50-yə qədəriştirakçı qatılıb.
Proqrama daxil olan“Azərbaycanın bölgələrində hüquqi çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vasitəsilə gender bərabərliyinin təşviq edilməsi üçün gücləndirilmiş vətəndaş cəmiyyəti dəstəyi” layihəsi üzrə BMT-nin İnkişaf Proqramının Layihə üzrə baş məsləhətçisi,Demokratiya Monitoru təşkilatının rəhbəri Fuad Həsənov layihə və görülmüş işlər barədə məruzə edib.
““Azərbaycanın bölgələrində hüquqi çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vasitəsilə gender bərabərliyinin təşviq edilməsi üçün genişləndirilmiş vətəndaş cəmiyyəti dəstəyi” layihəsi çərçivəsində ikin olaraq xüsusən regionlarda qadınların social-iqtisadi səlahiyyətləndirilməsi, diskriminasiyaya məruz qalamama və bərabərlik hüququ sahəsində mövcud durum, milli və beynəlxalq qanunvericiliyin gender aspektlərini ehtiva edən, bu sahədə mövcud problemlər və həlli yollarını araşdıran, dövlət qurumları və digər maraqlı tərəflərə təklif və tövsiyyələrini verən iki baza təhlili sənədi hazırlanıb.
Bakı və ölkənin 11 regionu əhatə edən bilik və bacarıqların artırılması təlimləri keçirilib.Təlimlərdə qadınların qərar qəbulu prosesində iştirakı; effektiv və killikstrategiyaları; qadınsahibkarlığı: biznes prosesinin mərhələləri; maliyy ə resurslarına əlçatanlıq və əməkbazarında iştirak; kommunikasiya, İT texnologiyalardan səmərəli istifadə və şəbəkələşmə; diskriminasiayaya məru z qalmama və bərabərlikhüququ mövzusu əhatə edilib.Təlimlər Mingəçevir, LənkəranvəBakıdatəşkiledilib. Bakı, Gəncə, Mingəçevir, Yevlax, Oğuz, Şəki, Balakən, Lənkəran, Masallı, Lerik, Cəlilabad, Yardımlı, Astaradan 110 xanım, ictimai təşkilat fəalı, sahibkar, tibb və təhsilişçisi, media nümayəndəsi, bələdiyyəüzvü, evdarxanım, tələbə iştirak edib.
Ölkənin10 jurnalistiüçün“Qadınların İqtisadi Səlahiyyətləndirilməsi və Bərabərlik Hüququnun Təmin Edilməsində Medianın Rolunun Artırılması”mövzusunda təlim keçirilib. Mingəçevirdə 6 bölgənin nümayəndələrinin qatıldığı maraqlı tərəf qruplarının nümayəndələrinin görüşü keçirilərək, regionlarda qadınların social-iqtisadi səlahiyyətləndirilməsi, diskriminasiayaya məruz qalmamama və bərabərlikhüququnun durumu və onların təşviq edilməsi müzakirə edilib,təklif və tövsiyyələr öyrənilib.
“Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsi: imkanlar və problemlər” və “Qadınların maliyyə resurslarına və xidmətlərinə əlçatanlıq imkanları (maliyyəinkluzivliyi) mövzusunda siyastət sənədləri hazırlanıb və bu sahədə maraqlı tərəflərə yönəlmiş siyasət təklifləri hazırlanıb.
İqtisadçılar qrupumuz tərəfindən iqtisadçı ekspertimiz Samil Əliyevin rəhbərliyiilə Qadinların Səlahiyyətləndirilməsi Indeksi hazırlanmışdır.İndeksin hazırlanması üçün Beynəlxalq indekslər və Azərbaycan Gender bərabərsizliyini ölçən indekslər qlobal gender fərqi indeksinin metodoloji bazası və ölçmə meyarları əsasında Azərbaycanın Qlobal Gender Fərqi İndeksində mövqeyi ,son 10 ilin nəticələri araşdırılmışdır.
Bundan sonra proqram çərçivəsində Demokratiya Monitoru İctimai Birliyinin mütəxəssis qrupu tərəfindən daha əhatəli hədəf qrupları üçün qadınların səlahiyyətləndirilməsi və bərabər lik hüququ üzrə bilik və bacarıqların artırılması üçün bir təlim keçirilməsi planlaşdırılır və ayrıseçkiliyə məruzqalmamama, bərabərlikhüququ, məişət zorakılığı ilə mübarizə üzrə mövcud durumun qiymətlındirilməsi, beynəlxalqtəçrübə, milli praktika və xüsusiyyətlər, problemlər və həlli yolları mövzusunda siyasət sənədi hazırlanacaqdır”.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi, layihə koordinatoru Aleksandra Nerisanu konfrans iştirakçılarını salamlayaraq təmsil etdiyi qurumun Azəbaycandakı prioritetləri barədə danışdı.
BMT-nin İnkişaf Proqramının təmsilçisi, layihə rəhbəri Gülşən Rzayeva Demokratiya Monitoru və BMT İnkişaf Proqramının ekspertləri tərəfindən icra edilən layihənin əhəmiyyəti barədə danışaraq qadınların səlahiyyətləndurilməsi məsələsinin BMT İnkişaf Proqramının əsas prioritetlərindən biri olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Konfransın birinci hissəsi“Qadınların sosial-iqtisadi sahədə səlahiyyətləndiriliməsində dövlətin və ictimai institutların rolu”mövzusunda müzakirəyə həsr olunub. Müzakirə dövlət qurumunu, parlamenti, ombudsman aparatını, özəl sektoru və ictimai təşkilatı təmsil edən beş panelçinin çıxışı ilə başlayıb.
Çıxışçılardan millət vəkili Fazil Mustafa bildrdi ki, qadınların iqtisadi azadlığının stimullaşdırılmasının təməl şərti onların əlçatan səviyyədə peşə təhsilinə yiyələnməsindən asılıdır. Bunun üçün də bölgələrdə qadınlar üçün özəl sektorun peşə təmayüllü kolleclərin açılmasına imkan yaradılmalıdır. Qanunla nə qədər gender bərabərliyinə təminat verilsə də, cəmmiyyətin problemə düşüncəsi dəyişməyincə hüquqi tətbiqatda problemlər əvvəlki kimi qalacaq. Təsadüfi deyil ki, məhkəmələrə bu mövzuda müraciətlərin olmaması da söylənilənlərin sübutudur. Digər tərəfdən bölgələrdə qadın sahibkarlığın stimullaşdırılması üçün ciddi vergi güzəştləri düşünülməlidir. Qadın sahibkarlara ayrılan kreditlərin müddətində və faizində stimullaşdırıcı elenentlərin olması vacibdir. Milli qadın sahibkarları assosiasiyasının yaradılması da olduqca müsbət bir faktdır və beynəlxalq təcrübə mübadiləsi üçün bu quruma dövlət tərəfindən yardım göstərilməsi vacibdir.
Ailə, Qadın, Uşaq məsələləri üzrə Dövlət Komitəsi nümayəndəsi Taliyə İbrahimova çıxışında bir sıra statistik məlumatlara istinad edərək son illər qadınların ictimai həyatda rolunun güclənməsini, milli və yerli idarəetmədə payının getdikcə artmasını vurğulayıb.
“Ölkədə qadın sahibkarlığının inkişafına xüsusi önəm verilir. Azərbaycan Respublikasının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Strateji yol Xəritəsində bu istiqamətdə xüsusi tədbirlər nəzərəd tutulub. Bu gun sahibkarların 20%-ni qadın sahibkarlar təşkil edir.
Ombudsman Aparatının eksperti Turan Cahangirova məruzə ilə çıxışında müasir dövrdə Azərbaycanda qadınların ən yaxşı maraqlarının təmin olunmasının prioritet kimi tanındığını vurğulayaraq, bu sahədə aparılan sosial, iqtisadi və hüquqi islahatlar nəticəsində insan hüquqlarının daha səmərəli müdafiəsi, o cümlədən BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasına uyğun olaraq qadınların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş bir sıra mühüm qanunların, dövlət proqramlarının qəbul edildiyini, həmçinin ölkəmizin 250-dən çox beynəlxalq konvensiyaya qoşulduğunu, həmin sənədlərin kütləvilik və ictimai iştirakçılıqla həyata keçirildiyini bildirib.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyini rəhbəri Azər Mehtiyevqadınların sosial-iqtisad sahədə səlahiyyətləndirilməsi səviyyəsinin ümumilikdə ölkə vətəndaşlarının səlahiyyətləndirilməsi səviyyəsindən asılı olmasını və bunun üçün ilk növbədə ikincilərin səlahiyyətlərinin artırılmasının vacibliyini bildirib.
Azərbaycan Qadın Sahibkarlarının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva qadın sahibkarlarının maliyyə resurslarına əlçatanlığı və əmək bazarında iştirakı, şəbəkələşmə məsələlərini iştirakçıların diqqətinə çatdırıb.
Konfransın növbəti hissəsi layihə çərçivəsində aparılmış araşdırmaların nəticələrinə həsr olunub. BMT İP-nin layihə üzrə gender və bərabərlik hüququ eksperti, hüquq elmləri üzrə fəlsəfə doktoruGülnaz Ələsgərova“Bərabərliķ hüququ, gender yanaşması və qeyri-ayrı-seçkilik daha geniş insan hüquqları çərçivəsində” danışıb. Proqram çərçivəsində aşağıdakı sahələrdə gender-əsaslı təhlil aparıldığını konfrans iştirakçılarınının diqqətinə çatdırmışdır: gender əsaslı zorakılıq, qadın alveri, uşaq nikahları, siyasi və ictimai həyatda qadınlar, təhsil, məşğulluq, səhiyyə, cinsi oriyentasiya və gender identikliyi əsasında ayrı-seçkilik. Ekspert bu sahələrdə həm statistik məlumatlardan, həm də hüquqi müstəvidə məsələlərin tənzimlənməsində olan boşluqlardan və mütərəqqi hallardan istifadə etmişdir. Müəllif həm rəsmi dövlət statistikasından, həm də beynəlxalq və yerli QHT-lərin və beynəlxalq təşkilatların statistik məlumatlarından istifadə etmişdir.
Demokratiya Monitoru İctimai Birliyi və BMT İnkişaf Proqramının layihə üzrə qadınların səlahiyyətləndirilməsi eksperti Samir Əliyev layihə çərçivəsində hazırladıqları “Qadınların səlahiyyətləndirilməsi üzrə İndeksi” təqdim edib. Onun sözlərinə görə, sənədin hazırlanmasında BMT, Dünya Bankı, Dünya İqtisadi Forumu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı tərəfindən dövrü olaraq gender bərabərliyini ölçən indekslər araşdırılıb. Bunun üçün Qlobal Gender Fərqi, Gender Bərabərsizliyi, Gender İnkişafı kimi regional, Gender Bərabərliyi İndeksini, Cənubi Asiya Qadınlarının Möhkəmlilik İndeksini, Afrikanın Gender İnkişafı kimi regional indekslər öyrənilib. Sonda Viskonsin–Madison Universitetinin ekspertlərinin hazırladıqları metodologiya əsas götürülüb və milli İndeks tərtib edilib. Qiymətləndirmə üçün ekspertlər tərəfindən 5 subindeks, 34 indikator tərtib olunub və qiymətləndirilmə aparılıb. Qiymətləndirmənin yekunu olaraq Qadınların Səlahiyyətləndirilməsi İndeksi hesablanarkən Azərbaycanda səlahiyyətəndirmə faizi 33,6% olub ki, bu da metodologiyaya əsasən aşağı səlahiyyətləndirmə kateqoriyasına (21%-40%) daxildir.
Konfransın 3-cü hissəsində “Azərbaycanda qadınların iqtisadi səlahiyyətləndirilməsi və bərabərlik hüququnun təmin edilməsində maraqlı tərəflərin iştirak imkanları” mövzusunda növbəti panel müzakirə aparlıb. Əsas çıxışçılar AR Milli Sahibkarlar Konfederasiyasının qadın sahibkarlarla iş komissiyasının sədriJalə Hacıyeva, Mingəçevir Media Mərkəzinin rəhbəri Yeganə Nəbiyeva və Yevlax rayonun icma rəhbəri və fermer Sonya Ridvanovamaraqlı tərəf təmsilçiləri olaraq gördükləri işlər barədə və qadınların rolunun artırılması barədə təklifləri veriblər.
KonfransdaABŞ və İsveçrə səfirliyinin, Avropa İttifaqı və BMT İnkişaf Proqramının nümayəndələri, vətəndaş cəmiyyəti, dövlət qurumları, özəl sektoru təmsil edən digər iştirakçılar da çıxış dərək fikirlərini konfrans iştirakçıları ilə bölüşüblər. Sonda qərara alınınb ki, səslənən rəy və təkliflər nəzərə alınsın və müvafiq qurumlara göndərilsin.

Oxunub: 821
Oxşar xəbərlər
SON XƏBƏRLƏR