dini radikalizm və ekstremizmlə mübarizə

Diqqət: bu marşrut da kartla ödənişə keçdi

Diqqət: bu marşrut da kartla ödənişə keçdi
Daha bir müntəzəm marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKart” vasitəsi ilə həyata keçiriləcək.

BNA-dan Axar.az-a verilən məlumata görə, 17 fevral tarixindən başlayaraq 52 nömrəli müntəzəm marşrut xəttindən (Binəqədi rayonu, M.Kazımovski küçəsi - Səbail rayonu, Ə.Cavad küçəsi) istifadə edən sərnişinlər gediş haqqını “BakıKart” vasitəsi ilə ödəyəcəklər.

Nağdsız ödəniş sisteminə keçidlə əlaqədar 52 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC tərəfindən avtobuslarda xüsusi kartoxuma cihazları quraşdırılıb.

Məlumat üçün bildirək ki, hazırda paytaxtda 21 marşrut xətti üzrə avtobuslarda gediş haqqı nağdsız formada “BakıKart” vasitəsi ilə həyata keçirilir.

Oxunub: 755
Oxşar xəbərlər
SON XƏBƏRLƏR