» » MTRŞ bu radioya ciddi xəbərdarlıq etdi

MTRŞ bu radioya ciddi xəbərdarlıq etdi

MTRŞ bu radioya ciddi xəbərdarlıq etdi
“Milli Televiziya və Radio Şurasının (MTRŞ) apardığı monitorinqlər göstərir ki, “Avto FM” (107.7) radiosu ixtisaslaşmış radio yayımçısı kimi yayım konsepsiyasına uyğun olmayan formada fəaliyyət göstərir.

Bu radio əslində yol-nəqliyyat məsələləri ilə bağlı maarifləndirici-informativ proqramlar yayımlamalıdır. Çox təəssüf ki, radionun efirində bu səpkili heç bir verilişə rast gəlinmir”.

Bunu APA-ya MTRŞ-nin Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Şöbə müdiri bildirib ki, ümumilikdə radionun proqram səbəti olduqca kasaddır:

“Radio əsasən xarici musiqilərin səsləndirilməsi ilə məşğuldur. Lisenziya “Avto FM” radiosuna bu cür fəaliyyət üçün verilməyib. Radio yayımını belə davam etdirəcəksə, onun mövcudluğuna ehtiyac qalmayacaq. Çünki bu radio fəaliyyətə başlamazdan əvvəl efirində əyləncəli verilişlər verən, musiqi yayımlayan kifayət qədər radio var idi. “Avto FM” radiosunun yaradılma məqsədi, fəlsəfəsi tamam başqadır. Yayımçı bunu mütləq nəzərə almalıdır”.

T. Dadaşov qeyd edib ki, bu barədə Şura sədri Nuşirəvan Məhərrəmli tərəfindən “Avto FM”ə şifahi şəkildə ciddi xəbərdarlıq edilib:

“Kanala bildirilib ki, qısa müddət ərzində fəaliyyətində ciddi dönüş müşahidə edilməsə, müvafiq tədbirlər görülə bilər. Hazırda radionun fəaliyyəti monitorinq nəzarətindədir”.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031