dini radikalizm və ekstremizmlə mübarizə

Maşın alverçiləri üçün daha bir qadağa - Video

Maşın alverçiləri üçün daha bir qadağa - Video
Yaponiya və Böyük Britaniya istehsalı olan bəzi avtomobillərin sükanının yeri dəyişdirilir.

Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, bu proses təhlükələrə yol açdığı üçün yanvarın 1-dən Gürcüstanda avtomobillərdə sükanın yerinin dəyişdirilməsi qadağan olunub. Azərbaycanda da bu qəbildən olan xeyli avtomobil var.
Mütəxəssislər deyirlər ki, sükanın yeri dəyişdikdə bir neçə mexanizmin də yeri dəyişir. Bu zaman kiçik bir məsuliyyətsizlik böyük faciələrə yol aça bilər.

Dəyişdirilən digər hissə isə idarəetmə panelinin şitidir.

Elçin Abbasov deyir ki, dəyişdirilmə zamanı bəzən xırda detallara diqqət yetirilmir. Bu da sürücüyə çətinlik yaradır.

Hüquqşünaslar isə bildirirlər ki, Azərbaycan qanunvericiliyinə görə, sükanı sağda olan avtomobillərin dövlət qeydiyyatına alınması və istismarı qadağandır. Ölkədə kustar üsulla sükanın yerinin dəyişdirilməsinə də icazə verilmir. Lakin bəzi iri avtomobil istehsalçıları öz rəsmi distributorlarına bu işi həvalə edir. Bu da ölkə xaricində baş verir. Onlar da bütün təhlükəsizlik tədbirlərini nəzərə alırlar. Mütəxəssislər sükanın yeri dəyişdirilən avtomobil aldıqda onu detallı şəkildə texniki baxışdan keçirməyi məsləhət görürlər.

Oxunub: 682
Oxşar xəbərlər
SON XƏBƏRLƏR