dini radikalizm və ekstremizmlə mübarizə

Avtovağzallarda yenidən sıxlıq yarandı - Video

Avtovağzallarda yenidən sıxlıq yarandı - Video
Gəncədən paytaxta yola düşmək istəyənlərin sayının kəskin artması avtovağzal rəhbərliyini əlavə tədbirlər görməyə vadar edib.

Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, uzun zamandır bu yolları avtobusla gedib gələnlər də artıq tətillərdə yaranan sıxlıqdan xəbərdardır. Buna görə də əksər sərnişinlər bileti əvvəlcədən alıblar.

Tətillə əlaqədar olaraq cənub bölgəsindən paytaxta üz tutanların sayı da adi günlərlə müqayisədə bir neçə dəfə artıb. Lənkəran rayonlararası avtovağzalından Bakıya eləcə də digər şəhər və rayonlara getmək istəyənlər çətinliklə üzləşiblər.

Avtovağzaldan bildirilir ki, sərnişin sıxlığını aradan qaldırmaq üçün reysə gün ərzində əlavə 10-11 marşrut buraxılıb.

Qiymətlərə gəlincə, avtovağzal rəsmisi süni qiymət artımına nəzarət edildiyini, gediş haqqının adi günlərdə olduğu kimi 5 manat olduğunu bildirib.

Zaqatala şəhərlərarası avtovağzalında da adi günlərlə müqayisədə gediş-gəliş artıb. Sərnişinlərin ən çox sıxlığı Bakı marşrutu istiqamətində hərəkət edən avtobuslarda müşahidə edilib. Bilet almaq üçün son günədək gözləyənlər çətinliklə üzləşiblər.

Yanvar ayının 2-dən sərnişin sıxlığı müşahidə edildiyindən Zaqatala-Bakı marşurutu üzrə xəttə əlavə 5 avtobus buraxılıb.

Rayon avtovağzalından bildirirlər ki, süni qiymət artımına nəzarət edilir.

Oxunub: 686
Oxşar xəbərlər
SON XƏBƏRLƏR