dini radikalizm və ekstremizmlə mübarizə

TÜRKSAV 2017-ci ilin laureatlarını açıqladı

TÜRKSAV 2017-ci ilin laureatlarını açıqladı
Türk Dünyası Yazıçılar və Sənətçilər Fondu (TÜRKSAV) 2017-cı il üçün türk dünyasına xidmət mükafatlarının sahiblərini müəyyən edib.

Kult.az Azərtac-a istinadla xəbər verir ki, TÜRSAV-ın sədri Yəhya Akengin Ankarada keçirdiyi mətbuat konfransında laureatların adlarını açıqlayıb. Bildirilib ki, Azərbaycandan yazıçı-publisist Sona Vəliyeva, Türkiyədən Türk Tarix Qurumunun sədri Rəfiq Turan və tarixi tədqiqatçı Əhməd Daşağıl, Qazaxıstandan şair Rafael Niyyazbek, Almaniyadan ictimai fəal Musa Sərdar Çələbi, Hollandiyadan QHT təmsilçisi Məhmət Tütünçü və başqalarının türk dünyası qarşısında böyük yaradıcılıq işləri və digər xidmətləri münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilib. Bundan başqa, TRT musiqi kanalı və “Ayla” bədii filmi də mükafata layiq görülüblər.

Mükafatlar laureatlara bu ilin mayında TÜRSAV ilə Tokat Şairlər və Yazıçılar Dərnəyinin birgə təşkilatçılığı, Tokat vilayətinin Niksar rayon kaymakamlığı və bələdiyyəsinin ev sahibliyi ilə keçiriləcək mərasimdə təqdim olunacaq.

Oxunub: 800
Oxşar xəbərlər
SON XƏBƏRLƏR