» » Daha 14 Qarabağ əlili və şəhid ailəsinə ev verildi

Daha 14 Qarabağ əlili və şəhid ailəsinə ev verildi

Daha 14 Qarabağ əlili və şəhid ailəsinə ev verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Salyan və Neftçala rayonlarında inşa edilmiş 14 ədədfərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

Modern.az xəbər verir ki, yeni fərdi yaşayış evləri ilə təmin edilən vətəndaşlar sosial cəhətdən həssas qruplardan olan vətəndaşların, o cümlədən Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən razılıq hisslərini ifadə ediblər.

Evlərin istifadəyə verilməsi tədbirlərində ölkəmizdə ildən-ilə güclənən sosial siyasət kursunun Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsi sahəsində tədbirlərin daim yüksələn xətlə davam etməsinə şərait yaratdığı vurğulanıb. Qeyd olunub ki, respublikamızda icra olunan mühüm sosial proqramlardan biri də bu təbəqələrdən olan insanların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib. Dövlət başçısının 20 iyun 2014-cü il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ölkəmizin bölgələrində yaşayış evlərinin tikintisi, habelə şəhər yerlərində yeni inşa olunmuş binalardan mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir.

Sərəncamın icrası işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Salyan və Neftçala rayonlarında da 41 ədəd fərdi yaşayış evi inşa etdirilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub. Qarşıdakı dövrdə respublikamızın digər bölgələrində olduğu kimi, bu iki rayonda da müvafiq təbəqələrdən olan insanların yeni mənzillərlə təminatı işləri davam etdiriləcək.

Daha sonra tədbir iştirakçıları yeni fərdi yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Evlərdən 9 ədədi Qarabağ müharibəsi əlillərinin, 5 ədədi isə şəhid ailələrinin istifadəsinə verilib.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930