» » “Azərsell”in stendi “ən kreativ stend” seçildi

“Azərsell”in stendi “ən kreativ stend” seçildi

“Azərsell”in stendi “ən kreativ stend” seçildi
Azərbaycan rabitə bazarının lider mobil operatoru Azərsell Telekom MMC uğurları sırasına daha birini əlavə edib.

Şirkətdən Axar.az-a verilən məlumata görə, “Bakutel 2017” sərgisində şirkətin stendi təşkilatçılar tərəfindən “ən kreativ stend” olaraq mükafatlandırılıb. “Azərsell” hər il olduğu kimi bu il də mobil rabitə və telekommunikasiya sahəsinin ən innovativ layihələrini öz stendində sərgiləyib. Sərgidə ən çox ziyarət olunan stendlər sırasında yer alan “Azərsell” ənənəvi stendində innovativ, həm biznes, həm də asudə vaxt üçün faydalı yenilikləri ziyarətçilərə təqdim edib. “Bakutel 2017” sərgisinin keçirildiyi dörd gün ərzində “Azərsell” stendinin ən aktiv və şən guşəsi olan əyləncə zonası ziyarətçilər üçün xoş sürpriz, hədiyyələr qazandıran müsabiqə və viktorinalarla zəngin olub. Stenddə yeni nəsil İT üzrə həll variantları, 4G və 5G texnologiyalara aid müxtəlif innovativ mobil xidmətlər, müasir mobil cihazlar nümayiş olunub. Onu da qeyd edlk ki, Azərsell Telekom MMC bu il “Bakutel”–in nəinki əsas iştirakçılarından biri, həmçinin, Baş Sponsoru olub.

Qeyd edək ki, “Azərsell” iştirak etdiyi həm yerli, həm də beynəlxalq sərgilərdə dəfələrlə mükafatlandırılıb. Telekommunikasiya və təhsil sərgilərində “Azərsell”in stendi ən çox ziyarət olunan stendlər sırasında birinci olub.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031