» » Bir evdə yolka bəzəməyin qiyməti - Video

Bir evdə yolka bəzəməyin qiyməti - Video

Bir evdə yolka bəzəməyin qiyməti - Video
Yeni il üçün yolkalar artıq satışa çıxarılıb. Satışda hər zövqə uyğun yolka tapmaq mümkündür.

Djb.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, yeni ilin gəlməsi ilə əlaqədar insanlar dekabr ayın ilk günlərindən alış-verişə başlayıblar.

Satışda hər zövqə uyğun müxtəlif ölçülü yolkalar var. Yolkanın qiyməti ölçüsündən və həcmindən asılı olaraq dəyişir.

Bu il fərqli görnüşlü yolkalar daha çoxdur. Eyni ölçülü sadə yolkalarla müqayisə etdikdə isə qiymətləri daha bahadır.

Yolkanı Şüvəlan, Mərdəkan kimi Bakı ətrafı qəsəbələrdən daha ucuza əldə etmək olar. Belə ki, 2 metr hündürlüyündəki yolka bakının mərkəzində 150 manatdan baha olduğu halda, burda 30-35 manata satılır.

Qeyd edək ki, Bakıətrafı qəsəbələrdə yolka üçün istehsal olunan oyuncaqların satış qiyməti də şəhərə nisbətən ucuzdur.
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031