» » Müştərilər kamera görüntülərini tələb edə bilməz - PROBLEM

Müştərilər kamera görüntülərini tələb edə bilməz - PROBLEM

Müştərilər kamera görüntülərini tələb edə bilməz - PROBLEM
Bəzən ticarət müəssisəsində hansısa məsələyə görə sahibkar və müştəri arasında mübahisə yaşanır. Müasir dövrdə belə mübahisələrə son qoymağın daha asan yolu var. Bunun üçün mağazada, restoranda və ya başqa ticarət müəssisəsində olan müşahidə kamerasında olan görüntülərə baxmaq yetərli olur. Bəzən isə müəssisə sahibi görüntüləri müştəriyə göstərməkdən imtina edir. Bəs görəsən bu necə tənzimlənməlidir?

Məsələ ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, bu cür şikayətlər daxil olur. Xüsusən istehlakçıların əl çantalarına baxılması, çantalarla içəri daxil olmağa qadağanın qoyulması ilə bağlı narazılıqlar var.

“Çox təəssüflər olsun ki, ticarəti tənzimləyən Nazirlər Kabinetinin 94 saylı qərarında və digər sənədlərdə bu məsələlər həllini tapmayıb. Ticarət zallarında bu kimi məsələlər heç bir sənəddə öz əksini tapmayıb. Onu da qeyd edək ki, istehlakçı narazı olduğu xidmətə və dəqiqləşdirməyə görə kamera görüntüsü tələb edə bilər.

Lakin kommersiya qurumu video görüntünü göstərə də bilər, göstərməyə də bilər. Bütün hallarda kameralara məcburi baxış polis tərəfindən həyata keçirilə bilər. Dövlət orqanları tərəfindən istehlakçının istəyinə uyğun olaraq sahibkarın kamera görüntülərini istehlakçıya göstərməsi qanunvericilikdə öz əksini tapmayıb”.

O bildirib ki, istehlakçı belə hallarla bağlı çətinlik çəkdikdə polisə müraciət etməlidir.

“Sahibkarın istehlakçıya kamera göstərməsi məcburiyyət kimi qoyulmayıb. İstehlakçı xahiş edə bilər, əgər mümkün olsa kamera görüntüsü göstərilə bilər. Əgər sahibkar göstərməkdən imtina edərsə istehlakçı polisə müraciət edəcək hüququnu təmin edə bilər”.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031