» » Metronun “Sahil” stansiyası sökülür?

Metronun “Sahil” stansiyası sökülür?

Metronun “Sahil” stansiyası sökülür?

2017-ci ilin avqust ayından təmirə dayandırılan metronun "Sahil" stansiyası ilə bağlı iki iddia sələndirilir. Versiyaların birinə görə, stansiya bir daha açılmayacaq, digər versiyaya görə isə açıqlacaqsa belə, onun üzərində yerləşən bina söküləcək. Təmirin uzunmüddətli olması ağıllarda sual işarəsi yaradır.

Djb.az modern.az-a istinadla xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidətinin rəhbəri Nəsimi Paşayev bu iddiaları əsassız adlandırıb. O, metronun "Sahil" stansiyasında gedən təmir işlərinin 2018-ci ilin iyul ayına qədər yekunlaşacağını bildirib.

Qurum rəsmisi stansiyanın uzunmüddətli təmirə dayanmasının özəl səbəbinin olmadığını deyib: "Stansiyadakı eskalatorların istismar müddəti başa çatdığından o, təmirə dayandırılıb. 2011-ci ildə başladılan Bakı metropoliteninin inkişafına dair Dövlət Proqramına əsasən, eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması, mərmər-qranit örtüyünun və avadanlıqların yenilənməsi də nəzərdə tutulub. Təmir zamanı stansiydakı "LT-3" tipli üç eskalator söküləcək və əvəzində Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin "Viktoriya" tipli dörd eskalatoru quraşdırılacaq".

N.Paşayevin sözlərinə görə, Sahil stansiyasının sərnişin tutumu qışda pik saatlarda 32 min, yayda isə 25-27 min nəfərdir.

Qeyd edək ki, hazırda qatarlar stansiyada dayanmadan hərəkət edir.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930