» » Paytaxtda sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara xəbərdarlıq məktubu göndərilib

Paytaxtda sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara xəbərdarlıq məktubu göndərilib

Paytaxtda sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara xəbərdarlıq məktubu göndərilib
Paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara qış mövsümü ilə bağlı xəbərdarlıq məktubu göndərilib.

Bakı Nəqliyyat Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, bildirilib ki, daşıyıcılar “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 141 nömrəli Qərarına və Bakı Nəqliyyat Agentliyinin tələblərinə əsasən müntəzəm sərnişindaşımaları müvafiq normativ aktlara uyğun olaraq təşkil etməlidirlər. Daşıyıcılara avtobusların daim işlək vəziyyətdə saxlanılması, xüsusilə qış mövsümü nəzərə alınaraq, bir sıra zəruri tədbirlər yerinə yetirilməli tapşırılıb.

Belə ki, sürücülər və təmir-xidmət personalı qış mövsümündə avtomobillərin istismarına dair təlimatlandırılmalı, istehsalat bazalarında qışa hazırlıq işləri görülməli, avtobuslar mövsüm üçün zəruri olan maddi-texniki baza ilə (şinlərin payız-qış mövsümünə uyğun təchiz olunması, akkumlyator batareyası, təkər zəncirləri, alın şüşəsinin silgəcləri, mayesi və digər) həmçinin istilik və qızdırıcı vasitələrlə təmin edilməlidir.

Xəbərdarlıq məktubunda o da qeyd edilib ki, daşıyıcılar sürücüləri mütəmadi olaraq sürüşmə ehtimalı olan yol səthlərində, buzlu döngələrdə, körpü və yol ötrücülərində daha diqqətli olmaları, hərəkət sürətinə nəzarət etmələri və baş verə biləcək hadisələrin qarşısının alınması üçün öncədən tədbirlərin görülməsi ilə bağlı mütəmadi olaraq məlumatlandırmalı, həmçinin maarifləndirmə işləri aparmalıdır.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031