» » “Dövlət qulluğu” jurnalının 1‑ci nömrəsi satışa çıxarıldı

“Dövlət qulluğu” jurnalının 1‑ci nömrəsi satışa çıxarıldı

“Dövlət qulluğu” jurnalının 1‑ci nömrəsi satışa çıxarıldı
Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının xüsusi buraxılışında dövlət qulluğuna hazırlaşanlar üçün “Dövlət qulluğu” jurnalının 1‑ci nömrəsini çap edib.

Modern.az-ın məlumatına görə, “Dövlət qulluğu” jurnalının 1‑ci nömrəsində “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması QAYDASI”, “Dövlət qulluğunda inzibati rəhbər (idarəetmə)(A növü) və inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat ELANI”, “Fənlər üzrə test imtahanı mərhələsi üçün qəbul proqramları”, “Dövlət qulluğu vəzifələri üzrə sertifikatın verilməsi üçün inzibati vəzifələrin növləri, qrupları, altqrupları, təsnifatları, adları və vəzifələrin aid olduğu dövlət orqanları”, “Müsabiqəyə təqdim olunmuş vakant vəzifələrin siyahısı” və digər zəruri bilgilər dərc olunub.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.
Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.
Jurnalın elektron versiyasını isə (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.tqdk.gov.az/ejurnal/).
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930