» » SİZİN MƏNASIZ GÖRDÜYÜNÜZ SƏHVLƏR BİR GÜN QARŞINIZA ÇIXA BİLƏR

SİZİN MƏNASIZ GÖRDÜYÜNÜZ SƏHVLƏR BİR GÜN QARŞINIZA ÇIXA BİLƏR

  • 13-11-2016, 13:56
  • sosial
  • 175

Bu vidionu diqqətlə izləyin.Hər kəs bu vidiodan bir nəticə götürsün. Başqa adlar altında bəzən öz qadınıza yaza bilərsiz. Məss bu gənc kimi. Acınacaqlı olsa da bu belədir. Bu həyatımızın reallığıdır. Bir çoxlarımız görərəkən belə bu reallıqdan söz açmasaqda, biganə yanaşsaqda bu qəlb ağrıdan vidionu izlədikcə düşündüm. Allahım bizim övladlarımızı nə gözləyir?Həyatımızın bir hissəsinə çevrilən sosial şəbəkə bizim gənclərin mənəviyyatın məhv etdiyi bir halda nə üçün bu bəladan xilas olmağın yolların aramırıq. Görəsən bugünün ən acınacaqlı xəstəliyinə çevrilən sosial şəbəkədən necə xilas olmaq olar? Bizlərə kim kömək edə bilər? Bu sualı özümə çox verirəm. Necə edək, nəcür edək ki, gənclərimiz macara axtararkən ailələr dağılmasın qızlarımız, gəlinlərimiz xoşbəxtliklərin sosial şəbəkə də deyil reallıqda həyatda, ailəsində, çevrəsində arasın. Əziz kişilər bu vidio bəlkə də sizlərə daha da diqqətli olmağınız üçün bir vəsilədir. Hər bir ailə bir kiçik dövlətdir. Dövlətin rəhbəri isə sizlərsiz. Sizlərin düzgün həyat tərzi ailənizin tərbiyyəsində də öz əksini tapacaq. Məss əylənmək üçün axtardığınız məcarələrin sonluğunun bir çox hallarda insanların bədbəxtliyinə gətirib çıxardığın unutmayın... Aldanan hər bir qadın azərbaycanlı adını daşıyır. Onların sizin namusunuz olması üçün məss doğmanızmı olmaları lazımdır? Azərbaycanlı adı kifayət deyilmi? Sosial şəbəkədə bəzən də bir başqa qadını yoldan çıxarmaq üçün aylarla əmək sərf edirsiz. Yorulmadan qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün, hər bir yalana əl ataraq yatağınıza sürükləyib atdığınız qadınlar da sizin kimi özündən razı bir kişinin bacısı, birnin həyat yoldaşı, bir atanın qızıdır düşünün. Bəlkə düşünəcəksiz mənim bacım, mənim həyat yoldaşım mən doğmam ola bilməz. Amma inanın səmimiyyətimə ki, o kişilər də məss sizin kimi düşünür... Heç kim belə hadisələrdən sığortalanmayıb. Özünüzə güvənərək bu mənim başıma gələ bilməz deyərək bu mövzudan yan keçməyin. Hər bir atdığınız addım öz əlehinizə çevrilə bilər. Allahda bunu sizin qarşınıza çıxararaq sizin qadınlarınızı bir başqasına tuş edəcək... Bəzən də məss elə bu vidiodakı kimi başqa bir adla öz yatağını sizinlə bölən qadınınızla danışdığınızı bir gün aşkarlayanda düşdüyünüz və düşəcəyiniz durumda olmağı Allah heç bir kişiyə nəsib etməsin. Qadınlarınız da siz etdiyiniz versiya ilə başqa bir adla həyat yoldaşı ilə danışdığın bilmir... Elə düşünməyin ki, sizlərin etdiyiniz məss sizin qarşınıza çıxmayıb. Artıq belə durumla dağılan neçə ailənin şahidi olmuşuq. Bəlkə də artıq yüzlərlədir. Özünüzə çox güvənməyin, bir kimsəyə özünüzdən aşağı baxaraq kimsənin namusuna kəm baxmayın. İndidə olmasa bir zaman etdiklərinizlə qarşılaşacağsınız, buna inanın və əmin olun... Çünkü Allah hər kəsin etdiyini onun qarşısına çıxarır. Hər kəsin qarşısına sərdiyiniz süfrə sizin də qarşınıza səriləcəkdir. Elə yaşayın ki, atdığınız addımın xəcalətin Allah sizə yaşatmasın. Etdiyiniz səf bir gün qarşınıza çıxa bilər...
Almaz İlahə
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930