» » Həyatdan necə zövq alaq

Həyatdan necə zövq alaq

  • 14-10-2017, 12:40
  • sosial
  • 154
Həyatdan necə zövq alaq

Bir insan həyatdan zovq almırsa, ozünü dəyərsiz hiss edirsə, kimsəyə lazımsız düşünürsə və bu hal 15 gündən çox çəkirsə, bu artıq depressiyadır: “Depresiya zamanı keçirilən dovr “manik” adlanır. Belə halları keçirən insan fərqli çıxış yolları axtarır. Manik halda olan insanlar çox pul xərclər, həddinən artıq danışarlar, tez-tez kiminsə sözünü kəsərlər, istədiklərini həyata keçirib bundan həzz alarlar, amma bu da onlara komək ola bilməz. Bəziləri isə bu həzzi belə yaşaya bilmədikləri üçün daha da gərgin hallar, fərqli neqativ düşüncələrlə yaşayaraq həyatdan küsürlər. Çıxılmaz fikirlər, düşüncələr bir müddət davam etdikdən sonra onlarda rahatlıq yaratmırsa, artıq bu, depressiyaya gətirib çıxarır”.

“Yaşanan travmalar fərqlidir, amma nəticə isə depressiyadır”

Ətrafda baş situasiyalar, travmalar, həyatda özünü tapmamaq, ünsiyyət qura bilməmək depressiyaya səbəb ola bilir: ” Çünkı insanlar fərqli psixikayla dogulurlar, fərqli düşünürlər. Bu düşüncələr də onların həyatda yaşamalarına səbəb olur. Hadisələr, məkanlar, situasiyalar, yaşanan travmalar fərqlidir, amma nəticə isə depressiyadır”.

Depressiyanın təbiətlə bağlılığı sonuncu səbəb ola bilər.

bəzən depressiyanın yaranmasını təbiətlə, fəsillərlə əlaqələndirilir: “Amma bu, sonuncu səbəb ola bilər. Təbiətdə gözəl yaz havası olsa da, insanların iç dünyasinda bəzən qış fəsli yaşanır. Baş verən hər hansi bir bədbəxt hadisə insanın iç dünyasını qaralda bilir. Belə hallar zamanla keçmirsə, depressiya yarana bilər”.

Təkcə xoş gündə yox, travma alanda da pozitiv olmaq lazımdır.

Depressiya yaş həddinə baxmır və bir hadisədən meydana gəlmir. Bu hal ancaq düşüncədən irəli gəlir. Fərqli hallarla insanı həyatdan soyudur, umıdlərin bitirir. Hər bir insan travma alır, lakin zamanla bu halları keçir. Çünki insanların içində pozitivlik də var. Odur ki, bu halı ancaq xoş gündə deyil, travma aldıqda da yaşamaq lazımdır. Bunun üçün isə insan gözəl düşüncələrə sahib olmalıdır. Çünki insanları depressiyaya salan da, bu haldan çıxaran da düşüncədir. Belə halarda psixolojı mərkəzlərə, psixoloqlara müraciət etmək daha məqsədəuygundur”.

Arzu Müzəffər
Psixoloq
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031