» » Allahşükür Paşazadə İspaniyaya səfər edəcək

Allahşükür Paşazadə İspaniyaya səfər edəcək

Allahşükür Paşazadə İspaniyaya səfər edəcək Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə noyabrın 7-də İspaniya Krallığına səfərə yola düşəcək.Djb.az QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata istinadən xəbər verir ki, səfər İspaniyanin Mursiya Katolik Universitetinin dəvəti əsasında həyata keçirilir.

A. Paşazadə Madrid və Mursiyada müvafiq olaraq 8-10 noyabr tarixlərində keçiriləcək «Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi» mövzusunda konfranslarda iştirak edəcək. Konfranslar Azərbaycan prezidenti İlham Əliyev tərəfindən elan edilmiş "Multikulturalizm ili" çərçivəsində Mursiya Katolik Universitetinin Kilsə-dövlət münasibətləri və İnsan hüquqları kafedrası tərəfindən təşkil olunur. İspaniya Krallığı Ədliyyə Nazirliyinin Beynəlxalq hüquqi əməkdaşlıq və əlaqələr üzrə baş direktorunun dəstəyi ilə keçiriləcək tədbirlərdə Valensiya arxiyepiskopu, kardinal Antonio Kanizares və digər yuksək səviyyəli din xadimləri, dövlət, hökumət nümayəndələri iştirak edəcək.

Konfranslara Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, eləcə də Azərbaycandakı ənənəvi dini konfessiyaların başçıları — RPK-nin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, dağ yəhudiləri dini icmasının rəhbəri Melih Yevdayev və Bakı katolik icmasının ordinarisi Vladimir Fekete də qatılacaq. QMİ sədri A. Paşazadə Azərbaycanda mövcud tolerantlıq mühiti, multikultural həyat tərzi barədə məruzə ilə çıxış edəcək.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930