» » Gənc sərhədçilər and içdi

Gənc sərhədçilər and içdi

Gənc sərhədçilər and içdi

Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

DSX-dən verilən məlumata görə, dövlət himninin səslənməsi ilə başlayan mərasimdə gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra DSX-nin rəisi, gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki çatdırılıb.

Tədbirdə DSX-nin şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyünün bərpası üçün istənilən anda ordumuzla birgə hərəkət etməyə, Dağlıq Qarabağda və işğal altında olan digər ərazilərdə Azərbaycanın suveren hüquqlarının bərpası, vətənimizin bütün sərhədlərinin mühafizə altına alınmasının təmin edilməsi uğrunda savaşa daim hazır olduğu xüsusi vurğulanıb.

Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930