» » Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb. Noyabrın 1-i gündüzdən 2-si səhərədək ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında və Naxçıvan MR-da 1-11, Böyük Qafqazda 1-15, Qazax-Gəncə zonasında 2-29, Mərkəzi-Aran rayonlarında 2-13, Kiçik Qafqazda 28-44, Bakıda və Abşeron yarımadasında 1-9 mm olub.

Qar örtüyünün hündürlüyü Kirəndə (Tovuz) 55, Qaraqollarda (Daşkəsən) 52, Alaxançallıda (Daşkəsən) 30, Gədəbəydə 42, Qalakənd (Gədəbəy), Daşkəsəndə 40, Sarıbaşda 30, Zəyəmçayda (Tovuz) 17, Xınalıqda 14, Göygöldə 8, Çaykənddə 2, Qubanın dağlıq ərazilərində: Ləzədə 20, Xınalıqda 18, Altıağacda 4, Xaltanda 2, Qonaqkənd, Nohurdüz, Susayda 6, Rükdə 8 sm təşkil edib.

Şimal-qərb küləyi əsib, ayrı-ayrı rayonlarda arabir güclənib.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031