» » Baş həkim: “İl ərzində 2 saylı Klinik Uşaq Xəstəxanasına 50-yə yaxın atılmış uşaq daxil olur”

Baş həkim: “İl ərzində 2 saylı Klinik Uşaq Xəstəxanasına 50-yə yaxın atılmış uşaq daxil olur”

Baş həkim: “İl ərzində 2 saylı Klinik Uşaq Xəstəxanasına 50-yə yaxın atılmış uşaq daxil olur” “İl ərzində 2 saylı Klinik Uşaq Xəstəxanasına 50-yə yaxın atılmış uşaq daxil olur”.

Djb.az APA-ya istinadən bildirir, bunu Ə. Qarayev adına 2 saylı Klinik Uşaq xəstəxanasının baş həkimi Azər Xudiyev bildirib.


A.Xudiyev qeyd edib ki, yeni doğulan uşaqlardan imtina edildikdə, onlar xəstəxanaların həyətinə atılır: "Bu cür faktlar var və bunu inkar etmək olmaz. Əvvəllər bu uşaqlar xəstəxanada yoxlandıqdan sonra dövlət uşaq müəssisələrinə aparılırdı. İndi isə atılmış uşaqlar, dövlət uşaq müəssisələrinə təhvil verildikdən sonra, həmin uşaqlar müayinə üçün bizim xəstəxanaya gətirilir”.

Həkim həmin uşaqların əksər hallarda sətəlcəm əlaməti ilə xəstəxanaya daxil olduğunu bildirib: “Onlar burada bütün müayinələrdən keçirilir. Atılmış uşaqların müayinəsi və sağlamlaşdırılması üçün bizim xəstəxanada ayrıca otaqlar var".
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031