Главная > siyaset > Sübhan Bəkirov komandan təyin olundu - SƏRƏNCAM
Sübhan Bəkirov komandan təyin olundu - SƏRƏNCAM30-06-2020, 10:12. Разместил: djbaz |
Müdafiə Nazirliyində yeni kadr təyinatı olub. KONKRET.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib. O, bundan əvvəl Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsində işləyib. Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncam ilə S.Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib. Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini bir neçə il idi 1-ci dərəcəli kapitan Zaur Hümmətov icra edirdi. Вернуться назад |