Главная > siyaset > Mayk Pens COVID-19-un kəskin şəkildə yayıldığı Texas ştatına kömək ediləcəyini vəd edib
Mayk Pens COVID-19-un kəskin şəkildə yayıldığı Texas ştatına kömək ediləcəyini vəd edib29-06-2020, 07:41. Разместил: djbaz |
“ABŞ Federal Hakimiyyət orqanları koronavirusla bağlı vəziyyətin ciddi şəkildə pisləşdiyi Texas ştatına kömək edəcək”, APA yerli “WFAA” telekanalına istinadən xəbər verir ki, bunu ABŞ-ın Vitse-prezidenti Mayk Pens deyib. Texas qubernatoru Qregg Ebbott öz növbəsində koronavirus infeksiyasının son həftələrdə ştatda təhlükəli dönüş yaratdığını, yeni xəstəxanalara yerləşdirilənlərin sayının 2 mindən 5 minə qədər yüksəldiyini və müsbət test nəticələrinin faiz nisbətinin 4.7%-dən 13%-dək artdığını vurğulayıb. Вернуться назад |