Главная > siyaset > Rusiya və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
Rusiya və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub25-03-2020, 08:36. Разместил: djbaz |
Rusiya Xarici İşlər naziri Sergey Lavrov və İran Xarici İşlər naziri Cavad Zərif arasında telefon danışığı olub. APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb. Koronavirus pandemiyası ilə mübarizə məsələlərini müzakirə edən XİN başçıları bu çərçivədə ikitərəfli əməkdaşlığı xüsusi qeyd ediblər. Rusiya Xarici İşlər naziri ölkəsinin İranla ticari-iqtisadi əlaqələri, investisiya layihələrini inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. Sergey Lavrov qeyd edib ki, Rusiya Vaşinqtonu müvafiq ölkələrin COVID-19 pandemiyası ilə tam mübarizəsinə mane olan qeyri-insani sanksiyaları dərhal ləğv etməyə çağırır. XİN başçıları Suriya və Əfqanıstandakı vəziyyət və digər beynəlxalq gündəmdə aktual olan mövzular ətrafında fikir mübadiləsi aparıblar. Вернуться назад |