Главная > siyaset > Gürkan Kumbaroğlu: TANAP heç bir kəmərə alternativ deyil, bu xəttin gerçəkləşməsi tam şəkildə yenilikdir

Gürkan Kumbaroğlu: TANAP heç bir kəmərə alternativ deyil, bu xəttin gerçəkləşməsi tam şəkildə yenilikdir


2-12-2019, 10:40. Разместил: djbaz


Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) funksional baxımdan çoxşaxəli missiya daşıyır. TANAP heç bir kəmərə alternativ deyil, bu xəttin ideyası və gerçəkləşməsi tam şəkildə yenilikdir.

Bu fikri enerji iqtisadiyyatı üzrə ekspert, Türkiyənin Boğaziçi Universiteti Enerji Politikaları Araşdırma Mərkəzinin prezidenti, professor Gürkan Kumbaroğlu söyləyib.

Professor deyib: “TANAP xətti ilə illik nəql olunacaq 16 milyard kubmetr qazın təxminən üçdə bir hissəsi Türkiyədə istifadə olunacaq. Bu həcmdə qaz əldə etmək Türkiyənin iqtisadiyyatında və sosial həyatında mühüm amildir. Bu da istər-istəməz Avropa-Türkiyə münasibətlərinin inkişafına yeni bir yanaşma gətirəcək. Bundan başqa, TANAP Avropanın cənub-şərq bölgəsində yerləşən ölkələrin də iqtisadi inkişafına əhəmiyyətli dərəcədə təkan verəcək”.

Alim əminliklə qeyd edib ki, Türkiyədə kəsişən Trans-Anadolu və “Trans-Adriatik” xətləri Avrasiyada bu vaxtadək görünməyən iqtisadi inteqrasiya yaradacaq. Bu qaz boru kəmərləri Azərbaycanın təbii qazını Anadoluya və Avropaya nəql etməklə dünya ictimaiyyətinin diqqətini Qafqaz bölgəsinə, o cümlədən Xəzər hövzəsinə yönəldəcək.
Вернуться назад