Главная > siyaset > Qorxmaz Hüseynov: Əhalinin keyfiyyətli içməli su təminatı ilə bağlı irimiqyaslı layihələr həyata keçirlir

Qorxmaz Hüseynov: Əhalinin keyfiyyətli içməli su təminatı ilə bağlı irimiqyaslı layihələr həyata keçirlir


8-11-2019, 10:56. Разместил: djbaz

“Bu gün ölkəmizin hər yerində abadlıq və quruculuq işləri həyata keçirilir. Bütün sahələrdə olduğu kimi su sektoruna da böyük diqqət yetirilir. Ölkəmizdə bu sektorun inkişafı prioritetlərdən biridir”. Bu fikirləri “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirdiyi mətbuat konfransında deyib.

Q.Hüseynov bildirib ki, əhalinin içməli su ilə təminatı məsələsi dövlət başçısının daim diqqətindədir. O diqqətə çatdırıb ki, bu istiqamətdə ölkə Prezidenti tərəfindən müvafiq dövlət proqramları təsdiq olunub. Həmin proqramlar regionları, o cümlədən Bakı şəhəri və Abşeron yarımadasını da əhatə edir. Bu proqramlar ardıcıl şəkildə icra olunur və irimiqyasli layihələr həyata keçirilir. Onun sözlərinə görə, regionlarda bu vaxta qədər 50 rayonda işlər başlanıb və artıq 30 rayonda işlər başa çatıb.

Q.Hüseynov onu da bildirib ki, Azərbaycanın bütün rayonlarının su pasportları hazırlanır. Onun sözlərinə görə, həmin pasportlarda suyun keyfiyyəti, əhalinin sayı, su təchizatı, suyun kim tərəfindən təchiz edilməsi və s. kimi parametrlər öz əksini tapacaq: “Regionlarda bütün su mənbələrinin yaxşılaşdırılması məsələsini daim diqqətdə saxlayırıq. Abşeron yarımadasında fasiləsiz su təminatı ilə bağlı böyük işlər həyata keçirilib. Artıq yarımadada fasiləsiz su təminatı göstəricisi 30 faizdən 81,5 faizə çatdırılıb”.
Вернуться назад