Главная > siyaset > Lavrov və Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

Lavrov və Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər


11-10-2019, 10:07. Разместил: djbaz
Lavrov və Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.
APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, görüş Aşqabadda keçirilən MDB XIN başçıları Şurasının iclası çərçivəsində baş tutub.
Görüş zamanı nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının həlli yolları ətrafında fikir mübadiləsi aparıblar. Bundan başqa görüşdə Rusiya - Ermənistan ikitərəfli münasibətlərinə dair və beynəlxalq gündəmdə duran məsələlər müzakirə olunub.
Вернуться назад