Главная > siyaset > Volkan Bozkır: "Bəzi dövlətlər Azərbaycan - Türkiyə münasibətlərinə həsəd aparırlar”

Volkan Bozkır: "Bəzi dövlətlər Azərbaycan - Türkiyə münasibətlərinə həsəd aparırlar”


7-08-2019, 10:50. Разместил: djbaz
Volkan Bozkır: "Bəzi dövlətlər Azərbaycan - Türkiyə münasibətlərinə həsəd aparırlar”

“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkıra təqdim olunub.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bununla bağlı Azərbaycanın Ankaradakı səfirliyində mərasim keçirilib.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim yubiley medalını V. Bozkıra təqdim edib.

V. Bozkır yubiley medalı ilə təltif olunmasını yüksək qiymətləndirib.

O bildirib ki, bu gün bəzi dövlətlər Azərbaycanla Türkiyənin qardaşlıq və dostluq münasibətlərinə həsəd aparırlar.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da iştirak edib.
Вернуться назад