Главная > siyaset > Səfir: “15 iyulda Azərbaycanın ürəyi Türkiyə ilə idi”

Səfir: “15 iyulda Azərbaycanın ürəyi Türkiyə ilə idi”


16-07-2019, 14:12. Разместил: djbaz
Səfir: “15 iyulda Azərbaycanın ürəyi Türkiyə ilə idi”

“Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Bu, 15 iyulda da özünü göstərdi. 15 iyulda Azərbaycan xalqının ürəyi Türkiyə ilə idi”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkəsində 2016-cı ildə baş vermiş dövlət çevrilişinə cəhdin 3-cü il dönümünə həsr olunmuş tədbirdə deyib.

Səfir 15 iyulda göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edib.

“Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə ilk dəstək verən dünya liderlərindən biri idi”, - E. Özoral vurğulayıb.

O qeyd edib ki, türk millətinin iradəsinə heç bir qüvvə qarşı çıxa bilməz: “Biz birlikdə güclüyük. Əminəm ki, türk xalqı 15 iyulda göstərdiyi birlik və bərabərliyi sona qədər davam etdirəcək”.
Вернуться назад