Главная > siyaset > Lavrov Məmmədyarov və Mnasakanyanla Qarabağı müzakirə edəcək

Lavrov Məmmədyarov və Mnasakanyanla Qarabağı müzakirə edəcək


15-04-2019, 13:09. Разместил: djbaz
Lavrov Məmmədyarov və Mnasakanyanla Qarabağı müzakirə edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı və ermənistanlı həmkarları Elmar Məmmədyarov və Zöhrab Mnasakanyanla görüşəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı perspektivlər müzakirə olunacaq.

Djb.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.


Müzakirələrin bağlı qapılar arxasında keçiriləcəyi bildirilir. Ali diplomatların görüşünə ATƏT Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) də qoşulacaq.
Вернуться назад