Главная > siyaset > Azərbaycan XİN Rusiya tərəfinə cavab verib

Azərbaycan XİN Rusiya tərəfinə cavab verib


18-01-2019, 20:02. Разместил: djbaz
Azərbaycan və Rusiya bərabərhüquqlu suveren dövlətlərdir, ultimativ tərzdə Azərbaycanla danışmaq qəbuledilməzdir və diplomatik etik qaydalara tamamilə ziddir.

Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin Rusiya tərəfinin səsləndirdiyi ittihamlara cavabında bildirilib.

Məlumatda qeyd olunub ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin bu ölkənin bəzi vətəndaşlarının Azərbaycana buraxılmamasına dair yanvarın 18-də mətbuat üçün məlumatı ilə tanış olduq və buna cavab olaraq aşağıdakıları bildiririk:

– Azərbaycan və Rusiya bərabərhüquqlu suveren dövlətlərdir, ultimativ tərzdə Azərbaycanla danışmaq qəbuledilməzdir və diplomatik etik qaydalara tamamilə ziddir.

– Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti tərəfindən məsələ ilə əlaqədar verilən şərhlərin tərzi Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin verdiyi açıqlamaya tam adekvat idi.

– Bir daha bildiririk ki, yalnız 2018-ci il ərzində 880 000 nəfərdən artıq Rusiya vətəndaşı Azərbaycan Respublikasına səfər edib və onların mütləq əksəriyyəti bu səfərdən razı qalıb, göstərilən qonaqpərvərliyə görə təşəkkürlərini ifadə ediblər.

– Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin bu məsələ ilə bağlı anlaşılmaz inadkarlığı başadüşülən deyil, Azərbaycan-Rusiya strateji əlaqələrinin mahiyyətinə ziddir. Həmçinin Azərbaycan və Rusiya prezidentlərinin iki ölkə arasında əlaqələrin inkişafı üçün nümayiş etdirdiyi iradə və gördükləri işlərlə heç bir halda uzlaşmır.

Bir daha bildiririk ki, Rusiya XİN Mətbuat xidməti tərəfindən atılacaq addımlara mütənasib olaraq Azərbaycan tərəfindən də adekvat tədbirlər görüləcək.
Вернуться назад