Главная > siyaset > “Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı”nın Beynəlxalq Mətbuat Mərkəzində yüksək səviyyədə tədbiri keçirildi.

“Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı”nın Beynəlxalq Mətbuat Mərkəzində yüksək səviyyədə tədbiri keçirildi.


30-12-2018, 11:10. Разместил: djbaz
“Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı”nın Beynəlxalq Mətbuat Mərkəzində yüksək səviyyədə tədbiri keçirildi.

Dekabrın 29-da “Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı”nın Beynəlxalq Mətbuat Mərkəzində yüksək səviyyədə tədbiri keçirildi. Tədbirdə Millət Vəkilləri, Diaspora Komitəsindən nümayəndələr, QHT rəhbərləri, media nümayəndələri, Qarabağ qaziləri, ziyalılar,tələbə - gənclər iştirak etdi. Tədbiri giriş sözü ilə açan Təşkilatın vitse prezidenti , Azərbaycan nümayəndəliyinin rəhbəri Könül Məmmədzadə gələn qonaqlara minnərdarlığını bildirərək açıq elan elədi. Təşkilatın rəhbəri Sərraf Kərimov təşkilatın gördüyü işlərdən eləcədə gələcək planlardan danışdı. Tədbirlə əlaqədar Türkiyədən gələn Türkiyə nümayəndəliyinin rəhbəri Gürsəl Özdəmir Təşkilatın Türkiyə Dövlətində Beynəlxalq Təşkilat olaraq qeydiyyatdan keçməsindən, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla yanaşı gələcəkdə görüləcək işlərdən danışdı.
Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini və Prezident yanında İdarəçilik Akademiyasının dosenti Aydın Mirzəzadə çıxışında prezidet İlham Əliyevin Diaspora işlərində göstərdiyi diqqət və qayğıdan danışaraq Təşkilata uğurlar arzu etdi.
Daha sonra çıxış edən Millət Vəkili, YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov Diasopora fəaliyyəti ilıə məşğul olan təşkilatların fəaliyyətlərindən danışaraq bu yöndə uğurlu işlərin aparıldığını qeyd etdi. Eləcə də diasopora təşkilatlarının bir olub Azərbaycan naminə işlərin görülməsini diqqətə çatdırdıraraq BDAT-ın belə işlərdə həmişə fəal olduğunu bildirdi.
Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti, millət vəkili Adil Əliyev Diaspora Komitəsinin rəhbəri Fuad Muradovun uğurlu diaspora işlərindən danışaraq çıxışına giriş etdi. Millət Vəkili xarici siyasətimizdə Azərbaycanın güclü diasporunun yaranması Ulu Öndər Heydər Əliyevin zamanında qoyulduğunu qeyd etdi. İlk dəfə olaraq, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayı Bakıda təşkil edildi və dünyanın müxtəlif ölkələrində yaşayan fəallar qurultaya dəvət olundu. Ondan öncə də Ulu Öndər Heydər Əliyev dünyanın hansı ölkəsinə səfəri zamanı da orada yaşayan soydaşlarımızla mütləq görüşər və onların suallarını cavablandırardı. Ulu Öndərin missiyası bu gün Cənab Prezidentimiz tərəfindən uğurla aparılır. 2006 - 2011-ci illərdə də keçirilən qurultaylar Azərbaycan dövlətinin diaspor quruculuğuna nə qədər önəm verdiyini ortaya qoydu.
Daha sonra digər qonaqlar çıxış edərək Təşkilata uğurlar arzuladılar, 31dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni ilin gəlişi ilə əlaqədar xalqımızı təbrik etdilər.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.


Samir Şirvanzadə
BDAT mətbuat katibi
“Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı”nın Beynəlxalq Mətbuat Mərkəzində yüksək səviyyədə tədbiri keçirildi.
“Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı”nın Beynəlxalq Mətbuat Mərkəzində yüksək səviyyədə tədbiri keçirildi.
“Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı”nın Beynəlxalq Mətbuat Mərkəzində yüksək səviyyədə tədbiri keçirildi.
“Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı”nın Beynəlxalq Mətbuat Mərkəzində yüksək səviyyədə tədbiri keçirildi.
“Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı”nın Beynəlxalq Mətbuat Mərkəzində yüksək səviyyədə tədbiri keçirildi.
“Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı”nın Beynəlxalq Mətbuat Mərkəzində yüksək səviyyədə tədbiri keçirildi.
“Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı”nın Beynəlxalq Mətbuat Mərkəzində yüksək səviyyədə tədbiri keçirildi.

Вернуться назад