Главная > siyaset > Apelyasiya Şurasının iclası keçirildi

Apelyasiya Şurasının iclası keçirildi


1-12-2018, 11:51. Разместил: djbaz
Ölkə başçısının "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında” Fərmanına uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaradılmış Apelyasiya Şurasının iclası keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan Unikal.org-a bildirilib ki, iclasda gündəliyə daxil edilmiş məsələlər üzrə məruzələr dinlənilib, rəy və təkliflər səsləndirilib, müvafiq qərarlar qəbul edilib.

Daha sonra şura sədri daxil olan şikayətlərlə əlaqədar araşdırmaların hərtərəfli, tam və obyektiv aparılmasına dair, eləcə də şikayətlərlə əlaqədar təşkilati tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini bildirib.
Вернуться назад