Главная > siyaset > Vüqar Rəhimzadə: "İki ölkə arasındakı münasibətlər xüsusi əhəmiyyət kəsb edir"

Vüqar Rəhimzadə: "İki ölkə arasındakı münasibətlər xüsusi əhəmiyyət kəsb edir"


22-11-2018, 11:18. Разместил: djbaz
“Bu gün beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrilən Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Prezident İlham Əliyevin Türkmənistana səfəri də faydalı əməkdaşlığın nümunələrindən biridir. Dövlət başçısının səfəri zamanı burada yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşlər keçirməsi, mühüm müzakirələr aparması bu reallığı bir daha nümayiş etdirir". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktorun sözlərinə görə, Azərbaycanla Türkmənistan arasındakı münasibətlər xüsusi əhəmiyyət kəsb edir: “Hesab edirəm ki, dövlət başçısı cənab İlham Əliyevin Türkmənistana səfəri ölkələrimiz arasındakı səmimi və sarsılmaz, qarşılıqlı maraqlar üzərində qurulan əlaqələrin tamamilə yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Xüsusilə möhtərəm Prezidentimizin səfər çərçivəsində keçirdiyi görüşlərdə Azərbaycan-Türkmənistan tərəfdaşlığının ən incə detalları bir daha vurğulanıb”.

V.Rəhimzadə bildirib ki, Türkmənistan-Azərbaycan münasibətlərinin böyük tarixi var: “Bu münasibətlər həmişə sıx, səmimi olub, indi isə strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə çatıb. Aramızda fəal siyasi dialoq mövcuddur. Türkmənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir və bu, Türkmənistan üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan artıq güclü dövlətlər sırasında yer alıb. Şübhəsiz ki, ölkəmiz möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayəsində dünya miqyasında bu mövqeyini qoruyub saxlayacaq və daha da möhkəmləndirəcək”.
Вернуться назад