Главная > siyaset > Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub


28-03-2018, 19:36. Разместил: djbaz
Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
Ankarada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 28-də Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir ilə görüşüb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib və hərbi sənaye sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Вернуться назад