Главная > siyaset > Azərbaycan və Gürcüstan gəncləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Gürcüstan gəncləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub


13-02-2018, 13:14. Разместил: djbaz
Azərbaycan və Gürcüstan gəncləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Milli Məclisinin gənclər və idman komitəsinin sədri, Avronest PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Fuad Muradov Tbilisidə Gürcüstan parlamentinin idman və gənclər komitəsinin sədri Mixeil Kavelaşvili ilə görüşüb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, görüşdə iki ölkənin parlamentləri, müvafiq komitələri, eləcə də, gənclər təşkilatları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Bildirilib ki, gənclər təşkilatları arasında əlaqələrin inkişafı ölkələrimiz arasındakı münasibətlərin bütün sahələr üzrə inkişafında faydalı olacaq.

F.Muradov Gürcüstan Azərbaycan üçün yaxın dost, qardaş olkə olduğunu vurğulayıb. O bildirib ki, rəsmi Bakı Gurcüstan ilə əlaqələrin inkişafında maraqlıdır. Parlament de bu əlaqələrin inkişafına dəstək verməyə hazırdı. inkişgürcü həmkarına Azərbaycanda həyata keçirilən dövlət siyasəti, qanunvericilik bazası barədə ətraflı məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin deputatları Rövşən Rzayev və Muxtar Babayev iştirak ediblər.

Sonda iki komitə arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Вернуться назад