Главная > siyaset > Tacikistan Xəzər dənizi üzərindən yük daşımaq istəyir

Tacikistan Xəzər dənizi üzərindən yük daşımaq istəyir


8-01-2018, 16:24. Разместил: djbaz
Tacikistan Xəzər dənizi üzərindən yük daşımaq istəyir
Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüş keçirilib.

“Report” Gəmiçiliyə istinadən xəbər verir ki, görüşdə qurumun sədri Rauf Vəliyev qonağa Azərbaycanda dəniz nəqliyyatı sahəsində görülən işlər, donanmanın yenilənməsi istiqamətində əldə olunmuş nailiyyətlər, respublikanın nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfə barədə ətraflı məlumat verib.

R.Soli Gəmiçiliyin tranzit imkanları ilə yaxından tanış olub. O, bildirib ki, Tacikistan Xəzər dənizi üzərindən də beynəlxalq bazarlara yük daşımaqda maraqlıdır.

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Вернуться назад