Главная > siyaset > Qarabağ üçün Ankara-Moskva-Tehran formatı - Nə gözləyək?

Qarabağ üçün Ankara-Moskva-Tehran formatı - Nə gözləyək?


14-11-2017, 15:47. Разместил: djbaz
Qarabağ üçün Ankara-Moskva-Tehran formatı - Nə gözləyək?
Sirr deyil ki, Türkiyə-Rusiya-İran üçbucağı Suriyada münaqişənin aradan qaldırılması, terror təşkilatı olan İŞİD-in yox edilməsində əhəmiyyətli irəliləyişə nail olub. Prosesin belə gedişi onu söyləməyə əsas verir ki, region ölkələri kənardan müdaxilə olmadan ətrafdakı münaqişələri birgə həll etməyə qadirdirlər. Bu fonda sözügedən üçbucağın eyni uğuru Dağlıq Qarabağa münasibətdə də təmin etməsi mümkündürmü?

Məsələ ilə bağlı fikirlərini Yenicag.az-la bölüşən Milli Məclisin deputatı, politoloq Elman Nəsirovun fikrincə, Moskva, Ankara və Tehran eyni uğurları Dağlıq Qarabağ konfliktinə münasibətdə də reallaşdıra bilər:
Qarabağ üçün Ankara-Moskva-Tehran formatı - Nə gözləyək?
“Artıq heç kimə sirr deyil ki, Türkiyə, Rusiya və İranın Suriya ilə bağlı səyləri, xüsusilə də onların beynəlxalq terrorizmin dayağı olan İŞİD-lə mübarizəsi səmərə verib. Nəticə göz önündədir. Xüsusən də Rusiya ilə Türkiyənin 180 dərəcə fərqli mövqedə dayandıqları Suriya məsələsində artıq tərəfdaş olaraq çıxış etmələri, bu istiqamətdə onlar arasında anlaşma və razılaşmanın olması göstərir ki, müasir dünyamızda əslində, həllini tapa bilməyən heç bir məsələ yoxdur. Yetər ki, istək olsun, siyasi iradə ortaya qoyulsun, maraqların kəsişən nöqtələri tapılsın.

Bu nöqteyi-nəzərdən Suriya böhranının tənzimlənməsi istiqamətində Türkiyə-Rusiya-İran tərəfdaşlığı kifayət qədər uğurlu alınıb. Bu fonda hesab edirəm ki, sözügedən əməkdaşlığın digər regionlara transformasiyası (xüsusilə də söhbət Cənubi Qafqazdan gedirsə) mümkündür. Cənubi Qafqazda mövcud olan münaqişə Ermənistanın təcavüzkar siyasəti nəticəsində yaranıb. Hansı ki, Ermənistanın təcavüzkarlığı bütün region və ondan kənar ərazilər üçün ciddi təhdid mənbəyidir. Bugünkü dünya elədir ki, kiminsə evi yanırsa, qonşu özünü təhlükəsiz vəziyyətdə hiss edə bilməz. Cənubi Qafqazda da separatizm, terrorizm kimi təhlükə mənbələri mövcuddur.

Ermənistan terrorizmi dövlət siyasəti səviyyəsinə qaldırıb ki, bu da regionumuz və ondan kənar ərazilər üçün ciddi təhlükələr yaradır. Ona görə də Türkiyə, Rusiya və İran arasında əldə olunan əməkdaşlıq, onların terrorizmə qarşı mübarizədə qazandıqları konkret uğurlar Cənubi Qafqazda da tətbiq edilə bilər. Təki istək və siyasi iradə olsun, yanaşmalarda kəsişmə nöqtəsi tapılsın. Hesab edirəm ki, bu da mümkündür”.
Вернуться назад