» » Nazir Kəmaləddin Heydərov Qətər Dövlətində səfərdə olmuşdur

Nazir Kəmaləddin Heydərov Qətər Dövlətində səfərdə olmuşdur

Nazir Kəmaləddin Heydərov Qətər Dövlətində səfərdə olmuşdur Djb.az FHN-nə istinadən bildirir, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Qətər Dövlətinin Baş naziri, daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Taninin dəvəti ilə 31 oktyabr-1 noyabr 2016-cı il tarixlərində Qətər Dövlətində səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti Qətər Dövlətinin əmiri, əlahəzrət Şeyx Təmim bin Həməd Əl Taninin himayəsi altında Doha şəhərində 30 ölkədən 146 nümayəndə heyətinin iştirakı ilə keçirilən “Millipol Qətər-2016” daxili təhlükəsizlik sərgisi ilə tanış olmuşdur.
Səfər zamanı, həmçinin, nazir Kəmaləddin Heydərov Qətər Dövlətinin Baş naziri, daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Tani ilə görüşmüşdür. Görüş zamanı Qətər Dövlətinin Baş naziri, daxili işlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Tani ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etmiş, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirmişdir. Səmimi qəbula görə təşəkkürünü bildirən nazir Kəmaləddin Heydərov dövlət başçılarının qarşılıqlı səfərlərinin, o cümlədən cari ilin mart ayında Qətər Əmirinin Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərin daha da inkişafina xüsusi təkan verdiyini vurğulamışdır. O, həmçinin, Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın işinin təşkili ilə bağlı məlumat vermiş, o cümlədən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Qətər Dövlətinin uyğun qurumları arasında mövcud əməkdaşlıq münasibətlərindən geniş bəhs etmişdir.

Səfər çərçivəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin xarici işlər naziri Muhammad bin Abdurrahman bin Casim Əl Tani ilə görüşmüşdür. Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif aspektləri müzakirə edilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qətər Dövlətinin əmiri, əlahəzrət Şeyx Təmim bin Həməd Əl Taninin birgə təşəbbüsü əsasında yaradılmış Hökumətlərarası Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır. İki ölkə arasında biznes əlaqələrinin inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması və sərmayə imkanlarının genişləndirilməsi məqsədilə Birgə Komissiyanın işinin səmərəli təşkilinin vacibliyi qeyd edilmişdir. Bununla əlaqədar hazırki mərhələdə qarşılıqlı maraq doğuran istiqamətlər müəyyən edilərək, yaxın zamanlarda Birgə Komissiyanın ilk iclasının təşkili məqsədəuyğun hesab edilmişdir.
Nazir Kəmaləddin Heydərov Qətər Dövlətində səfərdə olmuşdur
Nazir Kəmaləddin Heydərov Qətər Dövlətində səfərdə olmuşdur
Nazir Kəmaləddin Heydərov Qətər Dövlətində səfərdə olmuşdur
Nazir Kəmaləddin Heydərov Qətər Dövlətində səfərdə olmuşdur
Nazir Kəmaləddin Heydərov Qətər Dövlətində səfərdə olmuşdur
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031