» » Millət vəkili siqaret çəkənlərə səsləndi

Millət vəkili siqaret çəkənlərə səsləndi

Millət vəkili siqaret çəkənlərə səsləndi

Djb.az AzNews.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa siqaretin tərkibində heyvan sidiyinin olması ilə bağlı məlumatı şərh edərkən deyib.

O bildirib ki, ən böyük arzusu siqaretin tərkibində insan sidiyinin bütün çeşidlərinin aşkarlanmasıdır: “Kim çıxıb söyləsə ki, siqaret çəkmək haramdır, kimliyinə baxmadan canü-könüldən dəstəkləməyə hazıram. İradəniz, ağlınız-kamalınız olsun, çəkməyin! Əvvəllər spirtli içki içən bir tanışa rast gəlmişəm, maddi imkanları da çox aşağı səviyyədədir. 100-200 manata ehtiyacı olduğunu və içkini atdığını eşitdirir. Deyir ki, namaz da qılıram, ancaq, siqareti ata bilmirəm. Deyirəm ki, tövsiyəmə əməl etsən, ayın sonunda sənə 200 manat çatacaq. Soruşdu ki, necə? Dedim ki, bu gündən siqareti atırsan, ayın sonunda 200 manat irəlisən, uşaqlarının canı da bu zəhər iyindən qurtarmış olar”.

Fazil Mustafa qeyd edib ki, siqaret çəkməyin ikinci hissəsi isə narkotik vasitələrin aludəçiliyi deməkdir: “Hər dəfə siqaret çəkən insan görəndə düşünürəm ki, insan yaradanın ona bəxş etdiyi bədəni və ruhu bu sayaq necə zəhərləyə bilər? Xüsusilə təhsili, normal dünyagörüşü olan insanların bu cür xəbərdarlıqlara necə laqeyd yanaşdığına heyrətlənməmək olmur”.
Oxşar xəbərlər
«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031