» » Mingəçevir Dövlət Yol Polisi Bölməsi qanunsuzluğa yol verən sürücülərə qarşı reyd keçirib

Mingəçevir Dövlət Yol Polisi Bölməsi qanunsuzluğa yol verən sürücülərə qarşı reyd keçirib

Mingəçevir Dövlət Yol Polisi Bölməsi qanunsuzluğa yol verən sürücülərə qarşı reyd keçirib

Djb.az Report-a istinadən xəbər verir ki, reyd zamanı avtomobillərin konstruksiyasında dəyişiklik edərək idarə etdikləri avtomobillərini fərqli formaya salan, bundan başqa, görməni məhdudlaşdıran kustar üsulla hazırlanan pərdədən istifadə edən, o cümlədən yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər saxlanılıb. Onlara inzibati protokol tərtib olunub.

Keçirilən reyd zamanı sürücülük hüququ olmayan, sənədləri yerində olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən, həmçinin cərimələrini ödəməyən sürücülər də aşkarlanıb.

Reyddə qanunu pozan sürücülərlə Dövlət Yol Polisi əməkdaşları arasında mübahisələr də yaranıb. Hətta bəzi sürücülər polisin saxla əmrinə məhəl qoymayaraq yollarını dəyişərək şəhərin müxtəlif küçələrində reyddən yayınmağa çalışıblar. Ümumiyyətlə, şəhərin müxtəlif hissələrində 3 saata yaxın davam edən yoxlamalar zamanı 30-a yaxın sürücüyə inzibati protokol tərtib olunub və xəbərdarlıq edilib.

Avtomobillərin cərimə meydançasına aparılmasına və yazılan cərimələrə etiraz edərək polis əməkdaşları ilə mübahisə edənlər isə yol hərəkəti qaydalarına və inzibati xətalar haqqında qanunlara əməl etmədikləri üçün cərmələniblər.

Mingəçevir Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində keçirilən reydlər mütəmadi olaraq davam etdiriləcək.

Mingəçevir Dövlət Yol Polisi Bölməsi qanunsuzluğa yol verən sürücülərə qarşı reyd keçirib
Mingəçevir Dövlət Yol Polisi Bölməsi qanunsuzluğa yol verən sürücülərə qarşı reyd keçirib
Mingəçevir Dövlət Yol Polisi Bölməsi qanunsuzluğa yol verən sürücülərə qarşı reyd keçirib
Mingəçevir Dövlət Yol Polisi Bölməsi qanunsuzluğa yol verən sürücülərə qarşı reyd keçirib
Mingəçevir Dövlət Yol Polisi Bölməsi qanunsuzluğa yol verən sürücülərə qarşı reyd keçirib
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031