» » Prezident məmurlara səsləndi: Heç kimə güzəşt edilməyəcək

Prezident məmurlara səsləndi: Heç kimə güzəşt edilməyəcək

Prezident məmurlara səsləndi: Heç kimə güzəşt edilməyəcək
Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət məmurlarının davranış qaydalarına əməl etməsi məsələsinə də toxunub.

Prezident İlham Əliyev dövlət məmurları və onların ailə üzvlərinin davranış normalarına ciddi əməl etməli olduqlarını deyib.

Dövlət başçısı xalqa xidmət, təvazökarlıq, təkəbbürlü davranmamaq prinsiplərinin dövlət məmurlarının əsas həyat və fəaliyyət normasına çevrilməsinin zəruriliyini vurğulayıb. Prezident bu məsələdə heç kimə güzəştin olunmadığını və bundan hamının nəticə çıxarmalı olduğunu bildirib.
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031