» » Ermənilərin öldürdüyü 2 yaşlı Zəhra və nənəsinin yas xərclərini dövlət ödəyəcək

Ermənilərin öldürdüyü 2 yaşlı Zəhra və nənəsinin yas xərclərini dövlət ödəyəcək

Ermənilərin öldürdüyü 2 yaşlı Zəhra və nənəsinin yas xərclərini dövlət ödəyəcək
Ötən gün düşmən təxribatı nəticəsində həlak olan Alxanlı kənd sakinləri 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın yas xərclərini Füzuli Rayon İcra Hakimiyyəti öz üzərinə götürüb.
Djb.az-ın AzVision.az-a istinadən verdiyi məlumata görə, Füzulinin icra başçısı Alı Alıyev belə deyib.

O bildirib ki, mülki əhaliyə atəş açmaq vəhşilikdir.

“Səhərə kimi Alxanlıda olmuşuq. Bu, ermənilərin növbəti təxribatıdır. İki yaşlı qızın qətlə yetirilməsi, sadəcə, vəhşilikdir. Axı Zəhranın nə günahı var ki?! Bu hadisəni təsadüf kimi qiymətləndirmirəm. Mülki əhaliyə atəş açmaq olmaz. Vəhşilik ermənilərin xislətindən irəli gəlir”.

İcra başçısı qeyd edib ki, kənddə təhlükəsizlik tədbirləri gücləndirilib: “Kənddə təhlükəsizliklə bağlı çox ciddi adımlar atılıb. Polis postları qurulub”.

A.Alıyevın sözlərinə görə, dünyasını dəyişən şəxslərin ailə üzvlərinə maddi yardım ediləcək.
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930