» » Elmar Məmmədyarov Kosta Rikanın XİN rəhbəri ilə görüşüb

Elmar Məmmədyarov Kosta Rikanın XİN rəhbəri ilə görüşüb

Elmar Məmmədyarov Kosta Rikanın XİN rəhbəri ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşüb.

Djb.az Azərbaycan XİN-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata əsasən, nazirlər bu il Kosta Rika və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd olunduğunu deyərək, keçən dövr ərzində siyasi dialoq və qarşılıqlı anlaşmanın müsbət inkişafından məmnunluq ifadə ediblər.

Nazir Elmar Məmmədyarov iyun ayında Kosta Rikaya rəsmi səfərini xoş təəssüratlarla xatırlayaraq keçirilmiş məhsuldar görüşlərin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətindən bəhs edib. Elmar Məmmədyarov həmçinin Kosta Rikaya səfəri çərçivəsində baş tutmuş siyasi məsləhətləşmələrin iki ölkə arasında münasibətlərin müxtəlif sahələrində irəlilədilməsinə töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Manuel Qonzales Sanz Azərbaycanda olmağından və ölkələrimiz arasında siyasi dialoqun və dostluğun inkişafının məmnunluq doğurduğunu nəzərə çatdırıb.

Nazirlər hər iki ölkədə diplomatik missiyaların mübadiləsinin qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə yeni bir təkan verəcəyinə əminlik ifadə ediblər. Bu xüsusda Nazir Manuel Qonzales Sanz Kosta Rikanın Azərbaycana təyin olunmuş müvəqqəti işlər vəkilini təqdim edib.

Elmar Məmmədyarov Kosta Rikanın Azərbaycanda Səfirlik təsis etmə qərarının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Nazirlər Azərbaycan və Kosta Rikanın bir-birlərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan ediblər. Onlar həmçinin gücdən istifadə ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıblar.

Nazirlər iqtisadi-ticarət, turizm, enerji, logistika, limanlar və gəmiçilik, sərmayələrin qoyuluşu və humanitar sahələrdə qarşılqılı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd etdilər və bu xüsusda işgüzar dairələr arasında birbaşa təmasların təşviq edilməsinin vacibliyini vurğulayıblar.

Manuel Qonzales Sanz Formula 1 yarışlarının keçirilməsi münasibətilə Azərbaycanı təbrik etdi və ölkəmizin bu qəbildən olan mötəbər tədbirlərin keçirildiyi məkan olduğunu deyib.

Nazirlər həmçinin beynəlxalq aləmdə baş verən hadisələr ətrafında geniş müzakirələr aparıblar.
Oxşar xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930