» » Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun sakinlərlə görüşü

Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun sakinlərlə görüşü

Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun sakinlərlə görüşü
Djb.az Mingəçevir şəhər İcra Hakimiyyətinin rəsmi saytına istinadən xəbər verir ki, iyunun 8-i 2017-ci il tarixdə saat 18:00-da Şəhərin M.Maqomayev prospektindəki 77 saylı binanın qarşısında, 12 saylı Mənzil İstismar Sahəsinin Ərazisində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun şəhər sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Görüşdə sakinlərlə bərabər idarə, müəssisə rəhbərləri, o cümlədən şəhərin səhiyyə, təhsil, mədəniyyət və digər xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndələri iştirak edib. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinləri salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində, eləcə də, sosial-iqtisadi sahədə yüksək nailiyyətlərin əldə edildiyini bildirərək, respublikamızda aparılan uğurlu siyasət nəticəsində Mingəçevirin də hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü dilə gətirdi və bu işlərin hazırda uğurla davam etdirildiyini vurğuladı.
M.Maqomayev prospekti 14, 75, 77, Ü.Hacıbəyov küçəsi 72, 76, R.Rza küçəsi 16, M.Şəhriyar küçəsi 1 ünvanında yaşayan sakinlər şəhərdə aparılan abadlıq və quruculuq işlərindən razılıqlarını bildirməklə yanaşı, onları narahat edən məsələlərlə bağlı müraciətlər etdilər. Yerlərdə keçirilən bu cür görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə imkan verdiyini qeyd edən çıxışçılar, şəhər rəhbərinin son 5 ildə fəaliyyətdən razılıqlarını bildirdilər.
Göstərilən məsələlərə idarə, müəssisə və xidmət sahələri rəhbərləri tərəfindən aydınlıq gətirildikdən sonra şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qaldırılan məsələlərin tez bir zamanda həll olunacağını bildirdi və əlaqədar qurum rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.

Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun sakinlərlə görüşü
Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun sakinlərlə görüşü
Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun sakinlərlə görüşü
Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun sakinlərlə görüşü
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031