» » Ərdoğan: “Azərbaycanın beynəlxalq miqyasda tutduğu mötəbər yer Türkiyə üçün böyük qürur mənbəyidir”

Ərdoğan: “Azərbaycanın beynəlxalq miqyasda tutduğu mötəbər yer Türkiyə üçün böyük qürur mənbəyidir”

Ərdoğan: “Azərbaycanın beynəlxalq miqyasda tutduğu mötəbər yer Türkiyə üçün böyük qürur mənbəyidir”  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə təbrik edib.

Djb.az APA-nın məlumatına istinadən xəbər verirki, Ərdoğanın məktubunda deyilir:

“Hörmətli cənab prezident, əziz qardaşım. 18 Oktyabr – dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə zati-alinizə və qardaş Azərbaycan xalqına millətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra hər il inkişaf edən və güclənən Azərbaycanın bu gün beynəlxalq miqyasda tutduğu mötəbər yer Azərbaycan üçün olduğu qədər, Türkiyə üçün də böyük qürur mənbəyidir. Ümummilli lider Heydər Əliyevin və şəxsən sizin müdrik rəhbərliyinizin bu uğurda böyük rol oynadığı şübhəsizdir. Müstəsna əlaqələrə malik ölkələrimiz arasında əməkdaşlıq və həmrəyliyin qarşıdakı dövrdə də güclənib inkişaf edəcəyinə inanır, qardaş Azərbaycana lazım olan hər cür dəstəyi göstərməyə davam edəcəyimizi xüsusi vurğulamaq istəyirəm.

Bu xoş fürsətdən istifadə edib, zati-aliləri, əziz qardaşıma cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına bir daha əmin-amanlıq və rifah arzularımı çatdırıram”.
Oxşar xəbərlər
Aygün Məmmədova: "Mənim ikinci həyat yoldaşımdır"
Aygün Məmmədova:
Sənət İlahi işarədir. Sənətin gücü var. Bir də sənət sahibləri var. O sənət sahibləri ki, sənətinin dəyərini bilir, onun üzərində Читать далее
"DJB.az" saytının rəhbəri Prezidenti təbrik etdi
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda Читать далее
Təbrik edirəm Cənab Prezident!
Təbrik edirəm Cənab Prezident!
İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və Читать далее
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30