» » Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.

Verilən məlumata görə, məktubda deyilir: "Hörmətli cənab Prezident, əziz Qardaşım. Sizə səmimi salamlarımı çatdırır və qardaş Türkiyənin aparıcı siyasi qüvvəsi olan Ədalət və İnkişaf Partiyasının yenidən Sədri seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Başçılıq etdiyiniz və qurucusu olduğunuz partiyanın hakimiyyətə gəlişindən ötən 15 ildə qardaş Türkiyə Respublikasında böyük işlər görülmüşdür. Həyata keçirilmiş siyasi, iqtisadi, sosial və digər layihələr Türkiyənin daha da güclənməsinə, beynəlxalq arenada əhəmiyyətli yer tutmasına səbəb olmuşdur.

Bütün bu nailiyyətlərdə şəxsən Sizin misilsiz rolunuz olmuş və adınız əbədi olaraq Türkiyə dövlətçiliyinin tarixinə həkk olunmuşdur. Qurucusu olduğunuz partiyanın yenidən Sədri seçilməyiniz isə partiya üzvlərinin Sizə olan sonsuz inam və etimadının aşkar təzahürü, Türkiyənin inkişafı və rifahı naminə göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir.

Beynəlxalq aləmdə güc mərkəzinə çevrilmiş qüdrətli və sabit Türkiyə Respublikasının bütün uğurları bizləri olduqca sevindirir. Dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Bu əlaqələr tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır.

Çoxşaxəli ikitərəfli əlaqələrimiz, qarşılıqlı maraq doğuran sıx əməkdaşlığımız, irimiqyaslı birgə layihələrimiz strateji müttəfiqliyimizi səciyyələndirən cəhətlərdir. Azərbaycan-Türkiyə tərəfdaşlığı nəinki yerləşdiyimiz regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına xidmət edir, həm də daha geniş coğrafiyada əməkdaşlığa töhfə verir. Əminəm ki, Türkiyə-Azərbaycan həmrəyliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına isə daim sülh və firavanlıq arzulayıram".
Oxşar xəbərlər
Aygün Məmmədova: "Mənim ikinci həyat yoldaşımdır"
Aygün Məmmədova:
Sənət İlahi işarədir. Sənətin gücü var. Bir də sənət sahibləri var. O sənət sahibləri ki, sənətinin dəyərini bilir, onun üzərində Читать далее
"DJB.az" saytının rəhbəri Prezidenti təbrik etdi
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda Читать далее
Təbrik edirəm Cənab Prezident!
Təbrik edirəm Cənab Prezident!
İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və Читать далее
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30