» » Leyla Əliyeva gənc rəssamın sərgisində

Leyla Əliyeva gənc rəssamın sərgisində

Leyla Əliyeva gənc rəssamın sərgisində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva gənc rəssam Cəsar Məmmədovun sərgisinə qatılıb.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, rəssamın “Paradigma“ adlı sərgisi sənətsevərlərə bahar töhfəsi olub.

Novruz bayramı ərəfəsində keçirilən sərgidə Cəsar Məmmədovun bir çox məşhur əsərləri nümayiş olunub.

Mərasimdə Cəsar Məmmədov “Avropa Akademiyasının Şərəf “ ordeninə layiq görülüb.

Qeyd edək ki, Cəsar Məmmədov Azərbaycanın əməkdar rəssamı, UNESCO Rəssamlar İttifaqının üzvü Sakit Məmmədovun oğludur. O, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində keçirilən sərgilərdə öz əsərləri ilə hər kəsi heyran etmişdir.

Sərgi 17-29 mart tarixinədək "Port Baku Mall"un qallereyasında baş tutacaq.
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930